İrandan Azərbaycana narkotik gətirmək istədi, qarşısı alındı

İrandan Azərbaycana narkotik gətirmək istədi, qarşısı alındı
SOSİAL
16:20 30.09.2021
384

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitə­lərin, psixotrop maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

DSX-in Mətbuat Mərkəzindən AZXEBER.COM-a bildirilib ki, sentyabr ayı ərzində Xidmətin Sərhəd Qoşunlarının "Horadiz” və "Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatın döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Biləsuvar şəhəri, 15 sentyabr tarixində Cəbrayıl rayonunun Əmirvarlı və Cəlilabad rayonunun Kövüzbulaq kəndləri istiqamətində dövlət sərhədinin yaxınlığında ümumi çəkisi 18140 qram narkotik vasitəyə bənzər maddələr (15515 qram heroin, 375 qram marixuana, 310 qram metamfetamin və 2300 qram növü bilinməyən dərman) aşkarlanaraq götürülüb.

Sentyabr ayının 30-da saat 03:40 radələrində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əlində bağlama ilə hərərkət edən bir nəfər şübhəli şəxs saxlanılıb.

Araşdırma zamanı qeyd olunan şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 1976-cı il təvəllüdlü Ağayev Asif Ağacəfər oğlu olması müəyyən­ləşdirilib, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 10100 qram narkotik vasitəyə bənzər maddələr (9100 qram heroin, 300 qram metamfetamin, 700 qram marixuana və 1620 ədəd güclü təsirli dərman preparatları), 1 ədəd 9 mm kalibrli "AKREP 2004 magnum” markalı tapança, 1 ədəd güllə darağı və 2 ədəd güllə aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
16:41 01.07.2026
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır