İrandan ölkəyə düz bağırsağından narkotik və psixotrop maddə keçirmək istədi

İrandan ölkəyə düz bağırsağından narkotik və psixotrop maddə keçirmək istədi
SOSİAL
12:07 19.01.2019
4043
Piyada yolla İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZXEBER.COM-a verilən məlumata görə, yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 6 ədəd yumru uzunsov formalı bağlama və bir ədəd kiçik ölçülü büküm aşkarlanıb.

Baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən narkotik vasitə - heroin, 4 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən psixotrop maddə - metamfetamin və bir ədəd xırda ölçülü bükümdə isə ümumi çəkisi 6 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR