İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı
DÜNYA
22:46 28.09.2026
196
Rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb və bunun müqabilində sanksiyaların yumşaldılmasını tələb edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın Pakistan mənbələrinə istinadən verdiyi məlumata görə, razılığın əldə olunmasına İran-ABŞ danışıqlarında vasitəçilər yardım ediblər. İran rəsmiləri hələlik "Al Hadath"ın məlumatını şərh etməyiblər.

Bundan əvvəl "Axios" portalının və İsrailin "12-ci kanal" televiziyasının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və ölkənin dondurulmuş aktivlərini blokdan çıxarmağa hazırdır.
OXŞAR XƏBƏRLƏR