İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı
TOP4
21:43 10.03.2020
3251
İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan AZXEBER.COM-a bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR