İran altı qonşu ölkəyə rəsmi bəyanat göndərərək, ABŞ-la nüvə gərginliyi ilə bağlı xəbərdarlıq edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tehran administrasiyası ABŞ ilə davam edən nüvə gərginliyi ilə bağlı qonşu ölkələrə ciddi xəbərdarlıqlar edib.
İranın yüksək rütbəli rəsmisi altı qonşu ölkəyə göndərdiyi rəsmi bəyanatda ABŞ-ın mümkün hücumuna hər hansı dəstəyin düşmənçilik hərəkəti kimi qiymətləndiriləcəyini bildirib.
İranın İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Bəhreynə göndərdiyi bəyanatda bu ölkələrin ABŞ-nin öz hava məkanından və ya ərazilərindən istifadə etməsinə icazə verməmələri istənilib.
"Belə bir vəziyyətin ciddi nəticələri olacaq" deyən rəsmi, Ali Rəhbər Ayətullah Xameneinin silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib.
Xarici İşlər Nazirliyi belə bir xəbərdarlıqdan xəbərsiz olduqlarını, lakin müxtəlif kanallarla bu cür mesajların verilə biləcəyini bildirib. Küveyt isə İranı əmin edib ki, öz ərazisindən başqa ölkələrə qarşı aqressiv hərəkətlərə yol verməyəcək.
İran ABŞ prezidenti Trampın birbaşa danışıqlar tələbini rədd etməsinə baxmayaraq, Oman vasitəsilə dolayı danışıqları davam etdirmək istədiyini bildirib. "Dolayısı ilə danışıqlar Vaşinqtonun siyasi həll yolu ilə bağlı ciddiliyini qiymətləndirmək imkanı verir”, - İran rəsmisi bildirib.
Tramp martın 7-də İranın ali dini lideri Xamneyiyə göndərdiyi məktubda yeni nüvə sazişi üçün birbaşa danışıqların aparılmasını təklif edib və rejimin buna əməl etmədiyi təqdirdə İranı "əvvəlki heç vaxt olmadığı kimi” bombalayacağı ilə hədələyib.
Gülay