İrandan təxliyə olunan rusiyalı incəsənət xadimləri Astara sərhədindən keçib - FOTO

İrandan təxliyə olunan rusiyalı incəsənət xadimləri Astara sərhədindən keçib - FOTO
SOSİAL
11:49 14.06.2025
314
İrandan təxliyə olunan xaricilərdən Rusiya Federasiyası vətəndaşları Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib.

AZXEBER.COM APA-nın cənub bürosuna istinadən xəbər verir ki, İran İslam Respublikasından Azərbaycan Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən Rusiya Federasiyası vətəndaşları Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçib.

Onlar 2 ay bundan əvvəl İran İslam Respublikasına film çəkmək üçün keçən Rusiya incəsənət xadimləridir. Truppa 90 nəfərdən ibarətdir. Səmimi söhbət zamanı baş verən məlum hadisələrdən çox narahat və yorğun olduqlarını bildiriblər. Azərbaycan ərazisində artıq özlərini rahat və xoşbəxt hiss etdiklərini deyiblər. Bildiriblər ki, film çəkilişləri demək olar yekunlaşmaq üzrə idi. Təqribən 4-5 gün qalmışdı. "Çətin olacaq, amma Moskvaya qayıdandan sonra, eyni səhnəni orda yaratmalıyıq və filmi yekunlaşdırmalıyıq. Azərbaycan Dövlətinə öz təşəkkürümüzü bildiririk".
OXŞAR XƏBƏRLƏR