İrandan Türkiyəyə sərt mesaj: “Heç bir həll yolu olmayacaq”

İrandan Türkiyəyə sərt mesaj: “Heç bir həll yolu olmayacaq”
DÜNYA
15:04 30.11.2022
313

İran Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı əməliyyatı ilə bağlı yeni açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

İranın rəsmi xəbər agentliyi "Tasnim”in xəbərinə görə, Abdullahiyan Tehranın Türkiyənin Suriyada əməliyyat keçirməsi ilə bağlı narahatlıq keçirdiyini, eyni zamanda hərbi əməliyyatın problemi həll etməyəcəyi fikrində olduğunu bildirib. İranlı nazirin Türkiyənin əməliyyatının vəziyyəti daha da çətinləşdirəcəyini çatdırdığı və problemin Ankara ilə Dəməşq arasında təhlükəsizlik danışıqları yolu ilə həllini istədiyi bildirilib.

Abdullahiyan həmçinin bəyan edib ki, İran siyasi problemlərin həlli üçün Türkiyə ilə Suriya hökuməti arasında danışıqları dəstəkləməyə hazırdır.

Ayşən

OXŞAR XƏBƏRLƏR