İrandan yeni açıqlama: İsrailin Qafqazda olması qəbuledilməzdir

İrandan yeni açıqlama: İsrailin Qafqazda olması qəbuledilməzdir
DÜNYA
15:12 06.10.2021
2710
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
 
Lavrov bugünkü danışıqlarda ikitərəfli münasibətləri, Əfqanıstan və Suriyadakı vəziyyəti ətraflı müzakirə etdiklərini söyləyib: "Bundan başqa, Xəzər regionundakı əməkdaşlığı, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyasını, Cənubi Qafqazda vəziyyəti, Yaxın Şərq və Şimali Afrika regionundakı prosesləri müzakirə etdik”.
 
Hüseyn Əmir Abdullahian isə Qafqazda İsrailin olmasını qəbuledilməz adlandırıb: "İsrailin Qafqazdakı mövcudluğu qəbuledilməzdir."
OXŞAR XƏBƏRLƏR