"İranın agentura şəbəkəsinin dövlət quruluşunu çevirməyə cəhd etməsi açıq düşmən mövqeyidir"

SİYASƏT
17:06 16.05.2023
2518
Azərbaycanda İran xüsusi xidmət orqanlarının istəyi ilə "Kərimə dövləti” qurmaq istəyən daha bir qrup şəxs həbs edilib.
 
Bununla bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Birgə məlumatda deyilir:

"İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Milli Məclisin deputatı Vüqar İskəndərov məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib. 

"İranın tapşırğı ilə "Kərimə dövləti” yaratmaq istəyən növbəti cinayətkar qrup xüsusi xidmət orqanlarımız tərəfindən ifşa olunub. Proseslərə nəzər yetirdikdə bu dırnaqarası təşkilatın məqsədinin ölkədə xof yaratmaq, İslam dövləti formatını qurmaq, vəzifəli insanların həyatına sui-qəsd etmək, cəmiyyətdə qarışıqlıq yaratmaq olduğu aydın olur. Mənfi tendensiyaları qarşılarına məqsəd qoyan bu şəxslər açıq İranın xüsusi xidmət orranlarının agentləri kimi Azərbaycanda fəaliyyət göstərməyə çalışırlar. 44 günlük Vətən müharibəsindən sonra İran açıq formada anti-Azərbaycan mövqeyini ortaya qoydu. Hətta Ermənistanının  özünün qırmızı xətti olduğunu elan etmişdir. Bu çox məyusedicidir. Londonda Azərbaycan səfirliyinə hücum, Tehranda səfirliyimizə qarşı edilən terror hadisəsi bütün bunlarla bərabər Ermənistanla münasibətləri qardaşlıq müttəfiqlik səviyyəsində tutması İranın iç üzünü açıb göstərdi. Artıq Azərbaycan da neçə-neçə belə qrupların ifşa edilməsi İranın Azərbaycana qarşı yeritdiyi siyasəti ortaya qoyur”.

Millət vəkili bildirib ki, İrandan fərqli olaraq Azərbaycanın İrana qarşı mövqeyi heç bir zaman ona qarşı təxribat yaratmağa yönəlməyib:

"Ancaq Azərbaycanın hər zaman olduğu kimi İrana qarşı mövqeyi regionda sabitliyə, mehriban qonşuluq münasibətlərinə dayanıbdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Xudafərin körpüsünü Azərbaycan-İran dostluq  körpüsü  adlandırmışdı. Dünya güclərinin bəzi tələblərinə baxmayaraq, Azərbaycanın  dinc qonşuluq siyasəti formatında yaşadığını bəyan etmişdir.

İrannın terrorçuluq fəaliyyətləri, agentura şəbəkəsini Azərbaycanda işə salınması, dövlət quruluşunu çevirməyə cəhd etməsi açıq düşmən mövqeyidir. Ancaq biz dəfələrlə söyləmişik, İran unutmasın ki, Azərbaycan 90-cı illərin əvvəlindəki zəif dövlət deyil. Azərbaycan güclü dövlətdir. Azərbaycanın qətiyyətli, dünya siyasi arenasında xüsusi çəkisi olan Ali Baş Komandanı, qorxmaz xalqı, güclü siyasi iradəsi var. Bütün bunlarla bərabər dünyada qazandığı uğurlu dostları var”,- deyə V.İskəndərov vurğulayıb.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir