İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ərazisində yanğın baş verib AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda İran İslam Respublikasının səfirliyinə məxsus ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot yanıb.