İranın İnqilab Keşikçiləri Qvardiyası (Sepah) ötən ilin noyabrından indiyədək Sistan və Bəlucistan əyalətində keçirdikləri əməliyyatlarla 150 döyüşçünü həbs edib, 100 silahlını öldürüb.
Bunu Sepahın Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bildirib.
Onun sözlərinə görə, əməliyyatlar İranın cənub-şərqində keçirilib.
M.Pakpur 2024-cü ilin aprelində Rask və Çahbeharda baş verən hücumlar haqqında danışaraq deyib: "Bu əməliyyatlar zamanı öldürülən 18 terrorçunun hamısı yerli yanacaq qaçaqmalçıları kimi maskalanmış əcnəbilər idi. Onların yanacaq konteynerləri içərisində gizlədilmiş silahları var idi".
\report