“İran parlamentində təmsil olunan deputatların əksəriyyəti Azərbaycana birləşməyin tərəfdarıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Aqil Abbas İran parlamentinin bir sıra üzvlərinin Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi hazırlamasına münasibət bildirərkən deyib:
“İran oturub evində nəysə özü üçün danışır, bu o demək deyil ki, o bizə təzyiq edir. Bir də ki, biz onsuzda birləşəcəyik. Qoy, Qarabağ problemi həll olunsun, sonra birləşəcəyik. Biz demokratik bir ölkədə yaşayırıq. Onlar özləri də bunu çox gözəl bilirlər və bizə birləşmək istəyirlər. Bizim kimi yaşamaq istəyirlər”.
Millət vəkili İranın illərdi Azərbaycana qarşı apardığı siyasəti, fars rejiminin adı ilə bağlayıb. O, İranın müstəqil Azərbaycanı hər zaman özünə təhlükə kimi gördüyünü söyləyib:
“İranın hər zaman müstəqil Azərbaycan problemi olub. İran parlamentində təmsil olunan deputatların əksəriyyəti Azərbaycana birləşməyin tərəfdarıdır. Çünki onların özləri də gözəl bilirlər ki, fars rejimi kim danışsa onu ya edam edir, ya da zindanlara atır”.
Əfsələddin Ağalarov