İranın İsfahan vilayətində partlayış baş verib, ölən və yaralananlar var

İranın İsfahan vilayətində partlayış baş verib, ölən və yaralananlar var
DÜNYA
20:22 29.04.2025
263
İranın İsfahan vilayətində yerləşən anbarda partlayış baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Hadisə bu gün yerli vaxtla saat 10:30-da qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə yerinə xilasedici qruplar, yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub.

Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR