İranın ləğv edilmiş əxlaq polisi haqqında BİLİNMƏYƏNLƏR

İranın ləğv edilmiş əxlaq polisi haqqında BİLİNMƏYƏNLƏR
DÜNYA
15:03 05.12.2022
502

İranda Məhsa Əmininin saxlanıldıqdan sonra ölümü ilə başlayan etirazlar 3 aydır ki, davam edir. Dünən İranda hadisələr zəncirinin ilk halqasını təşkil edən əxlaq polisi bölməsinin bağlandığı açıqlanıb. Bəs bu bölmə nə vaxt və hansı məqsədlə yaradılıb?

AZXEBER.COM İranda qadın geyimlərinə nəzarət etmək üçün yaradılan, lakin bu gün böyük dağıntı ilə üzləşən bölmə haqda məlumatı təqdim edir.

Dünən İranın baş prokuroru Mohammad Cafer Muntazeri ölkədə iki aydan çox davam edən Mahsa Emini nümayişləri ilə bağlı tənqidlərə məruz qalan "əxlaq polisi” bölməsinin bağlandığını açıqlayıb.

Ölkəyə yayılan və rejimə qarşı müxalifətə çevrilən nümayişləri "hibrid müharibə” olaraq xarakterizə edən Muntazeri 8 illik İran-İraq müharibəsindən daha əhatəli bir müharibə ilə qarşı-qarşıya qaldıqlarını bildirib:

"İran-İraq müharibəsi ilə müqayisə olunmayan hibrid müharibənin siyasət, saxta xəbərlər yaymaq, kiber, mədəni və diplomatik müharibə, digər ölkələrlə münasibətləri pozmaq, dini və etnik azlıqları uzaqlaşdırmaq, iqtisadi sanksiyaları artırmaq kimi bir çox aspekti var. Biz hazırki vəziyyətdə 8 illik İran-İraq müharibəsindən daha əhatəli bir müharibə ilə qarşı-qarşıyayıq”.

Bəs, bütöv bir dövləti dağılmaq həddinə çatdıran hadisələr zəncirini başlatan əxlaq polisləri kimlərdir? Bu bölmə nə üçün və nə vaxt yaradılıb?

1983-cü ildə İranda ictimai yerlərdə saçını tam örtməyən qadın 74 zərbə ilə cəzalandırılıb. Son zamanlar buna minlərlə qadının ​​həbs cəzası da əlavə edilib. İran Polis İdarəsinin nəzdində yaradılan əxlaq polisi ilk dəfə 2006-cı ildə fəaliyyətə başlayıb. Bu polislər ilkin olaraq yalnız küçə geyim qaydalarına uyğun olaraq "uyğun olmayan geyim” geyinən, başlarını lazımi səviyyədə örtməyən, uzun və boş paltar geyinməyən qadınlara xəbərdarlıq edirdilər. Lakin sonradan bölmə sözügedən qadınları saxlamağa başlayıb. Bunu edərkən zaman-zaman sərt üsullara əl atılıb, ağlasığmaz görüntülər və saxlanılan qadınların göz yaşları dünya ictimai rəyində geniş yer tapıb. Əxlaq polislərinin məqsədi isə "qadınları qorumaq" kimi təsvir edilib. Onların fikrincə, qadınlar müəyyən edilmiş çərçivədə geyinməsələr, kişiləri təhrik edə, qadınlar isə bu vəziyyətdən əziyyət çəkə bilərlər.

Lakin bütün bunlara susmaq Məhsa Əmininin ölümünə qədər baş verdi, onun ölümündən sonra İranda davamlı olaraq etirazlar geniş vüsət almağa başladı. Bu gün nəhayət ki, əxlaq polisi ləğv edildi. Əxlaq polisini ləğv edən İran hökuməti bu dəfə məcburi hicab məsələsinə yenidən baxacaq.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR