"İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir"

DÜNYA
10:23 18.02.2025
162
İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov IRNA agentliyinə müsahibəsində bildirib.

"Biz əminik ki, danışıqlar prosesinin bütün iştirakçıları siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, İranın nüvə proqramı məsələsi diplomatiya yolu ilə həll edilə bilər və həll edilməlidir", - Peskov qeyd edib.

Onun sözlərinə görə, Moskva İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehrana yardım göstərməyə hazırdır.

Peskov Rusiya-ABŞ danışıqlarının başlanmasının Rusiya ilə İran arasında gələcək əməkdaşlığa təsir göstərməyəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR