İranın qisas hücumlarında 17 ABŞ obyekti zərər görüb

İranın qisas hücumlarında 17 ABŞ obyekti zərər görüb
DÜNYA
12:33 11.03.2026
145
"The New York Times" qəzetinin yaydığı məlumata görə, ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın həyata keçirdiyi qisas hücumları nəticəsində ən azı 17 ABŞ hərbi və diplomatik obyekti zərər görüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qəzetin peyk görüntüləri, təsdiqlənmiş sosial media videoları və ABŞ ilə İran rəsmilərinin açıqlamalarına əsaslanan hesabatında bildirilir ki, hücumlar başlayandan bəri İran tərəfindən ABŞ-ın regiondakı obyektlərinə dəfələrlə zərbələr endirilib. Hesabatda qeyd olunur ki, bəzi obyektlər bir neçə dəfə hədəfə alınıb.

Məlumata görə, hücumların miqyası bəzi ABŞ administrasiyası rəsmilərinin gözlədiyindən daha geniş olub. Bu isə İranın münaqişəyə hazırlıq səviyyəsinin gözləniləndən daha yüksək ola biləcəyini göstərir.

Hesabatda qeyd edilir ki, hücumlar başlayandan bəri İran Yaxın Şərqdə yerləşən ABŞ və müttəfiqlərinə məxsus hərbi hədəflərə minlərlə raket və pilotsuz uçuş aparatı (PUA) atıb. Hücumların əksəriyyətinin qarşısı alınsa da, bölgədəki ən azı 11 ABŞ hərbi bazası və ya obyektinə ziyan dəyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR