İranın keçmiş müdafiə naziri Məhəmməd Rza Aştiani Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.
Bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, Aştiani 13-cü hökumətdə müdafiə naziri olub.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Əziz Nəsirzadə isə hazırda 14-cü hökumətdə müdafiə naziridir.