İranın sabiq müdafiə naziri Baş Qərargah rəisinin müavini təyin edildi

DÜNYA
19:23 28.08.2024
157
İranın keçmiş müdafiə naziri Məhəmməd Rza Aştiani Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

Bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, Aştiani 13-cü hökumətdə müdafiə naziri olub.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Əziz Nəsirzadə isə hazırda 14-cü hökumətdə müdafiə naziridir.
OXŞAR XƏBƏRLƏR