"Yasinin SEPAH-la bağlantılı olduğu ehtimalı var" - Qənirə Paşayeva yazdı

"Yasinin SEPAH-la bağlantılı olduğu ehtimalı var" - Qənirə Paşayeva yazdı
SİYASƏT
16:50 27.01.2023
313
Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Fars-Molla rejimi həmişə terror yuvası olub, bu hün də terrora dəstək verən əsas ölkələrdən biridir, terrorçuluğa dəstək və terrorçuluğun təşkili sahəsində özünəməxsus təcrübəsi var.

İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Əgər belə deyilsə, o zaman sadə bir sual: Azərbaycan Respublikasının İran paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə qatil terrorçunun hücumu zamanı səfirliyi qoruma xidməti haradaydı? – Axı hər bir dövlət öz ərazisindəki diplomatik korpusları qorumağa borcludur! Fars-Molla rejiminin Bakıdakı səfirliyi necə qorunur? – Bu, onlar üçün bir nümunə deyilmi? –  Səfirliyə yaxın ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib, bu dəqiqələrədək də hər hansı təxirəsalınmaz addın atılması müşahidə olunmur. Azərbaycan Respublikası Səfirliyinin azərbaycanlı mühafizəçiləri hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi.

Azərbaycan Səfirliyinə hücum və səfirliyi mühafizə xidmətinin rəhbəri olan vətəndaşımızın həlak olması bizi həddən artıq hiddətləndirmişdir və əlbəttə, Azərbaycan Respublikası rəsmi Tehrandan obyektiv araşdırma gözləyir. – Hərçənd, rəsmi Tehran bizim tanıdığımız, bildiyimiz Tehrandırsa, onun obyektiv araşdırmasına inam yox dərəcəsindədir.

Hadisəni törədən terrorçunun guya erməni olmasının bildirilməsi İran xüsusi xidmət orqanının öncədən düşündüyü və xəbər dövriyyəsinə daxil etdiyi ağ yalandır. Xüsusi xidmət orqanlarına yaxşı bəllidir ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadədən başqası deyil və Yasinin məhz İranın xüsusi xidmət orqanları, özəliklə də SEPAH-la bağlantılı olduğu ehtimalı var.

Bəli, Fars-Molla rejimi Azərbaycan Respublikası Səfirliyinə hücumun məsuliyyətini öz üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır. Guya problem məişət hadisəsiymiş, guya terrorçu əraziyə uşaqla gəlibmiş və s. Belə yalan məlumatlar iz azdırmaq üçündür. İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdən addımlar yox, real, obyektiv addımlar tələb olunur! Ləyaqətli dövlət necə hərəkət etməli olduğunu biz yaxşı bilirik. İran ya ləyaqətsizliyi rəsmən boynuna alacaq ya da özündə siyasi iradə, beynəlxalq hüquqa hörmət hissi tapıb, konkret hüquqi addımlar atacaqdır!

Şəhidimizə rəhmət, bayrağımıza ucalıq diləyirəm!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
19:11 16.03.2025
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
18:55 16.03.2025
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
18:37 16.03.2025
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
18:19 16.03.2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
17:47 16.03.2025
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
17:35 16.03.2025
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
17:04 16.03.2025
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
16:44 16.03.2025
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
16:32 16.03.2025
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
16:12 16.03.2025
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
16:05 16.03.2025
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
15:54 16.03.2025
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
15:27 16.03.2025
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
15:14 16.03.2025
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
15:01 16.03.2025
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
14:43 16.03.2025
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib