İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməyib

İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməyib
DÜNYA
22:30 24.07.2025
590
İran Fransa, Britaniya və Almaniya nümayəndələri ilə cümə gününə planlaşdırılan danışıqlarda uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə hüquqlarını müdafiə edəcək.

Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

Nazir qeyd edib ki, danışıqların məqsədi ötən ay İsrail və Amerikanın nüvə proqramına qarşı son hərbi əməliyyatlarına baxmayaraq, İranın mövqeyinin dəyişməzliyini Avropa ölkələrinə çatdırmaq olacaq.

Baş diplomat vurğulayıb ki, İran öz nüvə proqramını məntiqi şəkildə inkişaf etdirməyə hər zaman hazırdır.
 
/Report
OXŞAR XƏBƏRLƏR