İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik

İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
DÜNYA
21:03 04.10.2026
126
İran ilə ABŞ arasında danışıqlar davam edir, lakin qarşılıqlı anlaşmanın əldə olunması gözlənilmir.

ISNA xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Həmidrza Hacıbabayi deyib.

"Amerikalılarla danışıqlarımız heç vaxt uğurlu olmayıb və bunun səbəbi bizimlə səmimi şəkildə danışıqlar aparmamasıdır. Biz ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik", - Hacıbabayi bildirib.

Onun sözlərinə görə, danışıqlar davam etsə də, uğurlu nəticə üçün İran güclü olmalıdır:

"Biz Amerika ilə güc mövqeyindən danışmayana qədər, Vaşinqton hazırkı siyasətini davam etdirəcək".
 
///report///

OXŞAR XƏBƏRLƏR