İranın vuracağı ölkələr - SİYAHI

İranın vuracağı ölkələr - SİYAHI
DÜNYA
00:43 01.11.2026
194
İran mediasında ABŞ və ya İsrailin yeni hücumu halında Tehranın zərbə endirə biləcəyi ölkə və obyektlərin siyahısı yayımlanıb.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, yayılan məlumatlarda "sıfır saatı” adlandırılan zərbələrin yeni hücumun başlanmasından sonrakı 24 saat ərzində həyata keçiriləcəyi iddia olunur.

Siyahıda İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman və İordaniyada yerləşən obyektlər göstərilib.

Mümkün hədəflər sırasında limanlar, hava limanları, elektrik stansiyaları, sutəmizləyici qurğular, sualtı kabellər, hotellər və ticarət mərkəzləri sadalanıb.

Məlumatda siyahını yayımlayan konkret media qurumları və onun İranın rəsmi mövqeyini əks etdirib-etdirmədiyi göstərilmir.
OXŞAR XƏBƏRLƏR