xari

İranın xarici işlər naziri Azərbaycana gəldi

SİYASƏT
23:19 24.01.2021
347
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfərə gəlib.

İran Xarici İşlər Naziri qardaş Azərbaycanın öz torpaqlarını geri qaytarmasından məmnun olduğunu və bu gün Azərbaycan torpaqlarının xalqın mülkiyyətində olduğunu vurğulayıb.

O, Azərbaycan Respublikasından əlavə yaxın günlərdə Rusiya, Ermənistan və həftə sonu Gürcüstana səfər edəcəyini bildirib. İranın XİN başçısı Türkiyəyə də səfər edəcəyini qeyd edib.

"Əsas müzakirə mövzusu bölgədə bizim üçün çox vacib olan regional əməkdaşlıq, həmçinin də İslam Respublikasının çox yaxşı və yaxın münasibətlərdə olduğu bütün bu ölkələrlə ikitərəfli əlaqələrdir", - İranın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.

Zərif daha sonra deyib: "İnşallah sabah (bazar ertəsi-red) Dağlıq Qarabağdakı vəziyyəti, əməkdaşlıq və azad edilmiş ərazilərdə yenidənqurmanı, sabitliyin qorunması məsələlərini müzakirə etmək üçün Azərbaycan rəsmiləri ilə görüşəcəyik".

Qeyd edək ki, Məhəmməd Cavad Zərif səfər zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. Səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Bunlar iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq), İranın Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr bəyanatı formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı və Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı məsələləridir.
 
///report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:43 26.02.2021

Yas və toyların bərpası ilə bağlı AÇIQLAMA

13:41 26.02.2021

İbrahim Kalın: “Xocalı qətliamını unutmayacağıq, unudulmasına icazə verməyəcəyik”

13:39 26.02.2021

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:37 26.02.2021

Türkiyə MN: Körpələri belə qətlə yetirən caniləri unutmadıq

13:31 26.02.2021

Bakıda 1 000 manata tapança satmaq istəyən şəxs saxlanıldı - VİDEO

13:19 26.02.2021

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

13:13 26.02.2021

İlham Əliyev: “Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?”

13:12 26.02.2021

Azərbaycan Prezidenti: "Bizim erməni xalqı ilə işimiz yoxdur"

13:01 26.02.2021

Prezident: "O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır"

12:54 26.02.2021

"Bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini işlətməməliyik"

12:41 26.02.2021

“Çıxışlarımda statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir”

12:40 26.02.2021

Naftalan şəhərində “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü” yad edilib

12:34 26.02.2021

İlham Əliyev: "Biz Xocalıya da qayıdacağıq!"

12:29 26.02.2021

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb"

12:20 26.02.2021

"Növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq"

12:17 26.02.2021

Azərbaycan Prezidenti: "Biz bütün hərbi əsirləri qaytarmışıq"