İranın XİN başçısı Putinə Xameneinin məktubunu təqdim edib

İranın XİN başçısı Putinə Xameneinin məktubunu təqdim edib
DÜNYA
21:23 17.04.2025
918
İranın xarici işlər naziri Abbas Araqçi Rusiya Prezidenti Vladimir Putinə İslam Respublikasının ali lideri Ayətullah Əli Xameneinin məktubunu təqdim edib.

Bu barədə İran Xarici İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Rusiya lideri ilə görüş zamanı Abbas Araqçi Tehranla Moskva arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və genişləndirilməsi istiqamətində İranın qətiyyətini vurğulayıb.

İran XİN-in məlumatına görə, görüşdə əsasən nüvə məsələləri, Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
 
///APA
OXŞAR XƏBƏRLƏR