İranın XİN rəhbəri: “Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsi mərhələsindəyik”

İranın XİN rəhbəri: “Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsi mərhələsindəyik”
SİYASƏT
15:31 04.07.2022
770
"Rəsmi Tehran və Bakı arasında münasibətlər anlaşılmazlıqdan sıx əməkdaşlığa keçid edir”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər bir sıra məsələləri, o cümlədən İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə ediblər.

"Ötən ilin yazında anlaşılmazlıq mərhələsindən keçdik və hazırda iki ölkənin maraqlarına cavab verən hərtərəfli münasibətlərin inkişafı mərhələsindəyik”, - İranın XİN rəhbəri deyib. 

Abdullahian söyləyib ki, ölkəsi Azərbaycan və Ermənistan mövcud olan məsələlərin tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həll edilməsinə tərəfdardır.

Regional formatların zəruriliyini vurğulayan Hüseyn Əmir-Abdullahian Anakara səfəri çərçivəsində Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.

İqtisadi əməkdaşlıq məsələlərinə gəlincə, o, tərəflər arasında əldə edilmiş bir sıra razılaşmaların İranın energetika nazirinin Azərbaycana səfəri çərçivəsində tam işlənəcəyini vurğulayıb. 

İranlı nazir tərəflərin Araz çayını və ondan istifadə üzrə mövcud layihələrin həyata keçirilməsini müzakirə etdiklərini deyib:

"Son aylar ərzində ölkələr arasında ticarət həcmlərindəki sıçrayış bizi sevindirir və ümid edirik ki, bugünkü danışıqlar nəticəsində özəl və dövlət sektorun iqtisadi-ticari münasibətləri daha da genişlənəcək”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər