İranın yeni birinci xanımı kimdir? İndi bütün dünyanın diqqəti İranın bir necə gün öncə seçilən prezidenti Həsən Ruhaninin üzərindədir. Bəs görəsən onun xanımı kimdir, nə işlə məşğuldur? "Azadlıq” radiosunun ingiliscə olan saytında Qolnaz Esfandiari bunu heç kimin bilmədiyini yazıb. "O əri ilə çiyin-çiyinə seçki kampaniyası keçirməyib və onu ümumiyyətlə seçki ərəfəsində görən də olmayıb".Onun yazıdığına görə, İran siyasətçilərinin xanımları çox nadir hallarda ictimaiyyət içinə çıxırlar və tanınmırlar. Yeni dövlət başçısının həyat yoldaşının nəinki işi, onun heç adı da bilinmir.İSNA agentliyi belə yeni birinci xanım haqqında məlumat əldə edə bilməyib: "Onun haqqında daha dəqiq məlumat əldə etmək üçün bütün səylərimiz boşa çıxdı. Cavab ala bilmədik".Amma birinci ledinin evdar xanım olduğu bilinir. Bəlli olan ancaq odur ki, 64 yaşlı H.Ruhani 20 yaşında ailəsinin israrı ilə ailə qurub. Onun 4 övladı var. Bəzi mənbələrin məlumatına görə, Ruhaninin anası gəlinin ailə quran zaman 14 yaşında olduğunu demişdi.Qeyd edək ki, bundan öncəki prezident Mahmud Əhmədinejadın həyat yoldaşı cəmi bir necə dəfə onu səfərlərində müşayiət edib.