İranla sərhəddə 64 kq narkotik aşkarlanıb, saxlanılanlar var - FOTO

İranla sərhəddə 64 kq narkotik aşkarlanıb, saxlanılanlar var - FOTO
KRİMİNAL
16:20 26.12.2023
669
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirməyə cəhd edən şəxslər saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Xəbərə görə, dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal "Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.

Sərhəd naryadının sayığlığı və peşəkarlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini − Rəhimov Xalid Teyyub oğlu saxlanılıb.

Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək) və 100 ədəd psixotrop tərkibli "Dimenhydrinate 50 mg - Jalinous" həbləri aşkar edilərək götürülüb.

Ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilərək dekabrın 25-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş təxirəsalınmaz sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:35-də Yardımlı rayon sakinləri − Rəhimov Saiq Teyyub oğlu və Cabbarov Cavid Əliisa oğlu, saat 10:30-da isə axtarışı davam edən digər qaçaqmalçı Qasımov Nurlan Fitat oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xaçmazda dənizdə kişi meyiti tapılıb
21:41 28.07.2025
Xaçmazda dənizdə kişi meyiti tapılıb
Ermənistan ordusunun hücumları nəticəsində yaralanmış, əsirlikdə olmuş şəxslər məhkəmədə ifadə veriblər
21:36 28.07.2025
Ermənistan ordusunun hücumları nəticəsində yaralanmış, əsirlikdə olmuş şəxslər məhkəmədə ifadə veriblər
Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb
21:25 28.07.2025
Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb
Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
21:17 28.07.2025
Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
16 yaşlı Sənan və Əlini xilas etmək istəyərkən həlak olan Rəvan hərbçi imiş
20:58 28.07.2025
16 yaşlı Sənan və Əlini xilas etmək istəyərkən həlak olan Rəvan hərbçi imiş
"Sumqayıt" "Qarabağ"dan ayrılan futbolçunu heyətinə qatıb
20:49 28.07.2025
"Sumqayıt" "Qarabağ"dan ayrılan futbolçunu heyətinə qatıb
Pavel Durov Fransada yenidən dindirilib
20:44 28.07.2025
Pavel Durov Fransada yenidən dindirilib
Putinlə Netanyahu arasında telefon danışığı olub
20:32 28.07.2025
Putinlə Netanyahu arasında telefon danışığı olub
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
20:25 28.07.2025
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb