İranlı general: "Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırıq"

İranlı general: "Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırıq"
DÜNYA
19:45 30.11.2023
232
"İran Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırdır".

Bunu İran Silahlı Qüvvələri Baş qərargahının rəisi general Məhəmməd Baqeri Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanla telefon danışığında bildirib.

Məlumata görə, iranlı general telefon danışığında iki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının müdafiə naziri də iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq səviyyəsinin yaxşılaşdırılmasını alqışlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR