İranlı narkobaronların himayədarları belə tutuldu - VİDEO

KRİMİNAL
17:06 01.02.2023
896
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlar keçirilib.

DİN Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyatlar zamanı 36 nəfər saxlanılıb.

Belə ki, "Pünhan”, "Baba”,"Peyman”, "Araz” və s... şərti adları altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı saxlanılan şəxslərdən 114 kiloqram müxtəlif xassəli narkotik, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi aşkarlanıb. İranda yaşayan, şəxsiyyəti istintaqla müəyyən edilməyən narkobaronların ölkə daxilindəki bəzi havadarları saxlanılıb.

OXŞAR XƏBƏRLƏR