İranlı qadınlar soyundular: 'Mənim bədənim, mənim seçimim budur'
MARAQLI
12:13 09.03.2012
5206
Avropanın müxtəlif ölkələrində yaşayan iranlı qadınlar İranda qadınların hüquqlarının pozulmasına, zorakılıqlara, təqiblərə və insan haqlarının tapdanmasına etiraz edərək “çılpaq aksiya”ya başlayıblar. Aksiya “Kişi-qadın bərabərliyinə inanıram”, “Mənim düşüncələrim, mənim bədənim, mənim seçimim” şüarları ilə keçirilir.8 Mart Beynəlxalq Qadınlar Günü yayılan videoda 5 iranlı qadın qurşaqdan yuxarı lüt soyunmuş vəziyyətdə kamera qarşısında durublar.Onların dediklərinə görə, fotoları “Çılpaq İnqilabi Təqvim” adlı təqvimə daxil olunub.Təqvim ötən il bloqunda çılpaq fotolarını yerləşdirmiş misirli qıza dəstək məqsədini də güdür.Qahirə Universitetinin 20 yaşlı tələbəsi Aliyə Məqda Əlməhdinin bloqunda lüt fotolarını yayması Yaxın Şərqdə kəskin etirazlar doğurmuş və onu “əxlaqsız” adlandırmışdılar.Eyni zamanda, aksiya Fransadakı “Madame Le Figaro” jurnallardan birinə çılpaq pozalar verərək şəkillər çəkdirmiş 28 yaşlı iranlı aktrisa Gülsiftəh Fərəhaniyə dəstək məqsədi də daşıyır.Avropanın müxtəlif ölkələrində yaşayan iranlı mühacir qadınların çılpaq pozalarda çəkdirdikləri fotolardan ibarət “Çılpaq İnqilabi Təqvim” aksiyasının təşkilatçısı və təşəbbüskarı Məryəm Namazinin dediyinə görə, İranda və ümumiyyətlə, Şərqdə qadınların məruz qaldıqları genişmiqyaslı, amansız təzyiqlərə qarşı çıxırlar.“Kişilər və cəmiyyət bizdən çarşablı, rübəndli, yaşmaqlı olmağımızı istəyirlər. Onlar gözlərimizi qapamağımızı, ağzımızı bağlayaraq susmağımızı istəyirlər. Çılpaqlıq yasaq, tabudur. Biz də bu yasağı, tabunu pozaraq hüquqlarımızın pozulmasına üsyan edirik”, – Məryəm Namazi deyib.