Tehran yaxınlığındakı evində iranlı rejissor Daryuş Mehrcuyi və həyat yoldaşını bıçaqlayaraq öldürən qatilin həbs edildiyi bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran kinosunun aparıcı rejissorlarından olan Daryuş Mehrcuyi və həyat yoldaşı Vahide Muhammedifer oktyabrın 14-ü axşam saatlarında Tehran yaxınlığındakı evlərində ölü tapılıb.
İran rəsmiləri Mehrcuyi və həyat yoldaşının evlərində bıçaqlayan şəxsin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində 10 nəfər şübhəli qismində saxlanılmışdı.
Günel