İranlı siyasətçi Azərbaycanı təhdid etdi

MAQAZİN
00:47 04.04.2013
1722

“Əgər birləşmək məsələsi varsa, Azərbaycan İrana birləşəcək”

“Separatçılıq məsələsinə əl atmaq Bakının zərərinə bitəcək”.

APA-nın İRİB-ə istinadən məlumatına görə, belə bir xəbərdarlıqla İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdiçıxış edib.

O, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə münasibət bildirərkən deyib ki, əgər birləşmək məsələsi varsa, Azərbaycan İrana birləşəcək: “Təəssüflər olsun ki, bir müddətdir amerikalılar və sionistlərin təsiri ilə qonşu İslam ölkəsi olan Azərbaycandan bəzi zümzümələrin şahidi oluruq. Əgər proses baş verərsə, İrandan ayrılan öz yerinə qayıtmalıdır. Azərbaycan da İrana - öz ana diyarına qayıtmalıdır və bunun əksi baş verməyəcək. Azərbaycanlı həmvətənlər öz islami baxışını nəzərə alaraq, bir islam quruluşunda yaşamaqda maraqlıdırlar. İranın Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır və bu ölkə ilə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Azərbaycana tövsiyə edirik ki, belə separatçı açıqlamalardan sonra baş verənlər onların xeyrinə olmayacaq”.

OXŞAR XƏBƏRLƏR