İranlılardan alınan 550 saat - FOTO

İranlılardan alınan 550 saat - FOTO
DÜNYA
02:47 24.03.2026
248
İranda internet bağlantısı artıq 550 saatdan çoxdur, demək olar ki, tamamilə yoxdur. Bu, dünyada indiyədək qeydə alınmış ən genişmiqyaslı kəsilmələrdən biridir.

Bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu gün İranda internetin kəsilməsinin 24-cü günü başlayır, məhdudiyyətlərin müddəti 552 saatı keçib. Bu da dünyada indiyədək qeydə alınmış ən genişmiqyaslı şəbəkə kəsilmələrindən biridir", - deyə "NetBlocks"un açıqlamasında bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

/Oxu.az

 


OXŞAR XƏBƏRLƏR