İraq hava məkanını daha 3 gün bağlı saxlayacaq

İraq hava məkanını daha 3 gün bağlı saxlayacaq
DÜNYA
16:02 31.03.2026
91
İraq Yaxın Şərqdə davam edən gərginlik fonunda hava məkanını uçuşlar üçün bağlı saxlamaq qərarını uzadıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkənin hava məkanı daha 72 saat müddətinə bağlanacaq.

Qeyd olunub ki, qərar regionda davam edən gərginlik, xüsusilə ABŞ və İsrailin İrana qarşı hücumları ilə əlaqədar qəbul edilib.

Məlumata görə, məhdudiyyət 3 aprel, yerli vaxtla saat 12:00-dək qüvvədə olacaq.

Xatırladaq ki, İraq fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarını pisləyərək hava məkanını ilkin olaraq 24 saatlıq bağladığını elan etmişdi. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR