İraq və Suriyanın şimalında 7 terrorçu öldürülüb

DÜNYA
18:51 14.02.2025
203
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində İraqın şimalındakı Haftanin və Pəncə-Kilid əməliyyat bölgələrində 3 PKK, Suriyanın şimalındakı "Barış pınarı" bölgəsində isə 4 PKK/YPG terrorçusu öldürülüb.

Məlumatda antiterror əməliyyatlarının davam etdirildiyi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR