İraqa qaçan Əsəd rejiminin əsgərləri Suriyaya ekstradisiya ediləcək

DÜNYA
16:55 19.12.2024
144
İraqa qaçan Əsəd rejiminin devrilmiş əsgərlərinin Suriyaya ekstradisiyasına bu gün başlanılacaq.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu barədə İraq Təhlükəsizlik Media Şəbəkəsinin sözçüsü Mikdad Miri mediaya açılamasında deyib.

Ekstradisiya prosedurlarının İraqdakı müvafiq orqanlar tərəfindən başlayacağını bildirən Miri, prosesin Suriya tərəfi ilə koordinasiyalı şəkildə həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, Devrilmiş Suriya rejiminin 2 minə yaxın əsgəri dekabrın 7-də Əl-Qaim Sərhəd Qapısı vasitəsilə İraqa qaçmışdı.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR