İraqda gecə saatlarında doğum evində güclü yanğın baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində tüstüdən boğularaq 4 körpə ölüb, 36 nəfər yaralanıb.
Əraziyə yanğınsöndürmə briqadası göndərilib.
Yanğında 4 körpənin tüstüdən zəhərlənərək öldüyünü bildirib.
İraq Qızıl Ayparası 36 nəfərin yaralandığını, 150 uşaq və 190-dan çox yoldaşının xəstəxanadan təxliyə edildiyini açıqlayıb.
İraqın baş naziri Məhəmməd Şia Sudani səhiyyə naziri əl-Hisnəvi və Divaniyyə valisi Meysem Abdulilah əl-Şahet ilə telefon danışığı keçirərək, səhlənkar məmurların işdən çıxarılmasını və binada təmir işləri aparan şirkətin işdən çıxarılmasını istəyib.
Yanğının səbəbi hələlik məlum deyil.
Mikayıl