İraqda Fransa hərbçisi öldürülüb

İraqda Fransa hərbçisi öldürülüb
DÜNYA
18:33 29.08.2023
209
Bağdadın şimalında antiterror əməliyyatı zamanı İraq qüvvələri ilə birlikdə iştirak edən bir fransız hərbçisi aldığı yaradan həyatını itirib.

İraq rəsmisinin sözlərinə görə, İŞİD qruplaşmasının bir qolunu hədəf alan əməliyyatda 2 İraq əsgəri və daha 4 fransız əsgəri də yaralanıb.

Fransa ordusunun bəyanatında isə qeyd olunub ki, serjant Nikolas Mazier bazar ertəsi (28 avqust) İraq qüvvələri ilə birlikdə kəşfiyyat missiyasında olarkən Bağdaddan təxminən 100 kilometr şimalda ekstremist qrup İraq hərbi qüvvələrinə hücum edib. Nikolas Mazier atışmada yaralanıb və bu gün xəstəxanada ölüb. İraq qüvvələri və terrorçular arasında atışma bu gün səhərə qədər davam edib.

Adının açıqlanmasını istəməyən İraq təhlükəsizlik rəsmisi deyib ki, Səlahəddin əyalətinin əl-Aith bölgəsində İŞİD-i hədəf alan əməliyyata Fransa qüvvələri havadan dəstək verib.

Serjant rütbəli Nikolas Mazier iyul ayından bəri İraqda olub, o, Fransanın İraqın anti-terror qüvvələrinə təlim keçməsinə kömək etmək üçün göndərilən hərbçilərdən idi.

O, bu ay İraqda həlak olan üçüncü fransız hərbçidir. Digər hərbçilərdən biri döyüş təlimi zamanı ölümcül yaralanaraq həyatını itirib, digəri isə yol qəzasında həlak olub.
 
///Apa
OXŞAR XƏBƏRLƏR