İraqda güclü yağış daşqınlara səbəb oldu – 50 ev su altında qaldı

İraqda güclü yağış daşqınlara səbəb oldu – 50 ev su altında qaldı
DÜNYA
08:35 21.03.2026
218
İraqın Duhok əyalətinin Zakho rayonunda yağan güclü yağış gündəlik həyata ciddi təsir göstərib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, leysan xarakterli yağıntılar nəticəsində daşqınlar baş verib və azı 50 ev su altında qalıb.

Zakho Mülki Müdafiə İdarəsi tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, daşqın əsasən rayonun Rüzgari bölgəsində qeydə alınıb. Hadisə səbəbindən bəzi yollar bağlanıb və yerli əhaliyə yardım göstərmək üçün xilasedici qruplar səfərbər olunub.

İlkin qiymətləndirmələrə görə, hadisə zamanı insan itkisi qeydə alınmayıb. Bununla belə, aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamaq üçün yüksək hazırlıq rejimində fəaliyyətini davam etdirir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR