İraq rəsmiləri Bağdad Beynəlxalq Hava Limanına Katyuşa raketləri ilə hücum edildiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ hərbçilərinin yerləşdiyi Bağdad hava limanına kimin hücum etdiyi məlum deyil.
ABŞ ordusunun rəsmisi hücum nəticəsində heç kimin zərər görmədiyini açıqlayıb.
Rəsmi hərbi qüvvələrin hədəf alınmadığını iddia edib.
İraq ordusunun iki rəsmisi açıqlama verib. Rəsmilər üç raketin atıldığını, onlardan birinin İraq Terrorla Mübarizə Qüvvələrinin istifadə etdiyi binaların yanına düşdüyünü və bəzi avtomobillərin yararsız hala düşdüyünü bildirib.
Rəsmilər daha əvvəl ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya ən azı iki "Katyuşa” raketi atıldığını və hava hücumundan müdafiə sistemlərinin raketlərin qarşısını aldığını bildirmişdilər.
İraqın baş naziri və silahlı qüvvələrin baş komandanı Məhəmməd Əl Sudaninin hərbi sözçüsü bildirib ki, İraqın baş naziri raket hücumundan sonra təhlükəsizliyin pozulması ilə bağlı dərhal araşdırma aparılmasına göstəriş verib.
Təhlükəsizlik mənbələri Bağdadın qərbindəki hava limanı yaxınlığındakı yaşayış massivində bir reaktiv yaylım atəşi qurğusunun ələ keçirildiyini və üç atılmamış raketin söküldüyünü bildirib.
Qeyd edək ki, İraqın daxilində 2500 ABŞ əsgəri var.
Mikayıl