İraqda hərbi-hava bazasına raket hücumu oldu

İraqda hərbi-hava bazasına raket hücumu oldu
DÜNYA
20:29 24.05.2021
511
İraqda beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Əyn-əl-Əsəd hərbi-hava bazasına raket zərbəsi endirilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Ənbarda yerləşən bazaya azı bir raket düşüb. Daha iki raket bazaya çatmamış partlayıb.

Zərbənin fəsadları və ya itkilər barədə məlumat verilməyib.

Əyn-əl-Əsəd hərbi-hava bazası paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşir.

Qeyd edək ki, bazada ABŞ hərbçiləri yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR