İraqda törədilmiş 2 partlayış nəticəsində azı 6 nəfər öldü

İraqda törədilmiş 2 partlayış nəticəsində azı 6 nəfər öldü
DÜNYA
00:25 30.09.2013
1024

İraqda törədilmiş 2 partlayış nəticəsində azı 6 nəfər ölüb.

AZXEBER.COM RBK-ya istinadən xəbər verir ki, bu barədə yerli polisin və həkimlərin açıqlamasında deyilir. Terror aktlarından biri Bağdaddan 50 km məsafədə yerləşən Tarmii şəhərində törədilib. Partlayıcı qurğular polis və məmurların yaşadığı 4 evin yaxınlığında baş verib. Partlayışlar nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb. İkinci partlayış Bağdadın cənub-şərq ətrafında yerləşən bazarda törədilib.

OXŞAR XƏBƏRLƏR