İraqda hospitalda yanğında ölənlərin sayı 92-yə çatıb.
İraqın Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğında ölənlərin sayı daha artıb. Hadisə nəticəsində həyatını itirənlərin sayı 92-yə çatıb.
Bu barədə İraqın Al-Forat telekanalı Di-Kar əyalətinin səhiyyə idarəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, pandemiyadan əziyyət çəkənlərin müalicə aldığı "İmam Hüseyn” hospitalında baş verən yanğın oksigen balonu ilə ehtiyatsız davranma nəticəsində baş verib.










































