İraqın paytaxtında güclü partlayış olub, dağıntılar altında qalanlar var

İraqın paytaxtında güclü partlayış olub, dağıntılar altında qalanlar var
DÜNYA
18:07 29.05.2022
443
İraqın paytaxtı Bağdadın mərkəzində partlayış baş verib.

Bu barədə AZXEBER.COM "Report"a istinadən xəbər verir.

Məlumata görə, partlayış insident nəticəsində restoranın binası uçub.

İlkin ehtimallara görə, hadisə qaz kəmərinin partlaması nəticəsində baş verə bilər. Qurbanların dəqiq sayı barədə hələ məlumat verilmir.

INA agentliyinin məlumatına görə, bir neçə nəfər dağıntılar altındadır. Hadisə yerində xilasetmə işləri aparılır.
OXŞAR XƏBƏRLƏR