İraqın şimalındakı Asos və Claw-Lock (Pəncə-Kilid) bölgələrində aşkarlanan 8 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
Nazirlikdən verilən açıqlamada bildirilib:
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Asos və Claw-Lock (Pəncə-Kilid) bölgələrində aşkarladıqları 8 PKK terrorçusunu zərərsizləşdirib. Əməliyyatlarımız davam etdirilir".
Oksana