İraqın şimalında Türkiyənin 2 əsgəri şəhid olub, 3-ü yaralanıb

İraqın şimalında Türkiyənin 2 əsgəri şəhid olub, 3-ü yaralanıb
DÜNYA
18:10 26.04.2022
353
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı nəticəsində son sutkada 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, "Pəncə Kilid" əməliyyatının keçirildiyi ərazidə terrorçuların hərbçilərə raket hücumu nəticəsində 2 əsgər - Yunus Kalkan və Fırat Canlı şəhid olub. Yaralı hərbçilər hospitala yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR