İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı

İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı
SOSİAL
16:32 23.11.2017
865

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev vəzifəsindən azad edilib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün "Facebook" profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "Facebook"da və mətbuatda ciddi tənqid olunub.

OXŞAR XƏBƏRLƏR