'İrəli' İctimai Birliyi hesabat verir

Siyasət
16:10 13.06.2013
1710

Bu gün “İrəli” İctimai Birliyinin 3-cü hesabat konfransı keçirilir.

Konfransda ölkənin müxtəlif bölgələrindən 600-dən çox gənc iştirak edir.

Tədbirdə çıxış edən birliyin sədri Rauf Mərdiyev bildirib ki, təmsil etdiyi qurum fəaliyyəti dövründə vətəndaş cəmiyyəti qurumları ilə daim əməkdaşlıq edib, şəffaflıq məsələsinə önəm verib: “Biz vaxtaşırı fəaliyyətimiz barədə həm üzvlərimizə, həm də ictimaiyyətə hesabat veririk. Bu cür tədbirlərin əhəmiyyəti gələcək 1 il ərzindəki strategiyamızın müəyyənləşməsi baxımından əhəmiyyətlidir”.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında deyib ki, “İrəli” vətənpərvər, dövləti sevən gənclərin təşkilatıdır. O qeyd edib ki, bu birliyin həyata keçirdiyi layihələr özünəməxsusluğu ilə daim seçilir, təşkilat isə böyüyür və gəncləşir. A. Rəhimov ictimai birliyin siyasi baxışlarında yanılmadığını da vurğulayıb: “”İrəli”çilər Azərbaycanı uğurla gələcəyə aparan şəxsi daim dəstəkləyiblər və “İlhamla irəli!” şüarını əsas tutublar”.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov çıxşında bəyan edib ki, bu gənclərlə ölkənin xoşbəxt gələcəyini təmin etmək mümkündür. Onun sözlərinə görə, təşkilat İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməklə düzgün və doğru seçim edib: “Sevindirici haldır ki, burada olan gənclərin böyük hissəsi ilk dəfədir prezident seçkisində seçici kimi iştirak edəcək. Bu ilk seçkidə İlham Əliyevi seçməklə gənclər yanılmadıqlarını görəcəklər. Mən indidən düzgün seçiminizə görə hamınızı təbrik edirəm”.

Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “İrəli” İctimai Birliyinin yarandığı ilk günləri xatırlayaraq, qurumun fəaliyyətini yenilikçi adlandırıb. O, Azərbaycanı Cənubi Qafqazın lideri adlandırıb: “Gənclərimiz bu seçkidə Azərbaycanın gələcəyini müəyyənləşdirməklə öz gələcəyini müəyyənləşdirir”.

Milli Məclisin deputatı Qənirə Paşayeva isə Azərbaycanın 1990-cı illərin əvvəllərindəki vəziyyəti, Heydər Əliyevin problemlərin həlli istiqamətində atdığı addımlar və dövlətçiliyin formalaşması ilə bağlı fəaliyyəti haqda danışıb.

Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, “İrəli” İctimai Birliyinin həmtəsisçisi Fərhad Məmmədov özünün də bir “İrəli”çi olduğunu söyləyib. O, təşkilatın vətənpərvərlik üzərində qurulduğunu da vurğulayıb.

Milli Məclisin deputatı, “İrəli” İctimai Birliyinin həmtəsisçisi Ceyhun Osmanlı bəyan edib ki, “İrəli” öz millətinin gələcəyindən ilham alaraq fəaliyyət göstərən təşkilatdır. C. Osmanlı İlham Əliyevin prezidentliyi dövründə ölkə və millət üçün gördüyü işlər haqda danışaraq, müxalifəti tənqid edib. Onun sözlərinə görə, müxalifətin sözdə birliyi kimi yaradılan qurum başqa ölkənin sifarişi ilə təsis olunub: “Biz müstəqilliyimizi heç kimə güzəştə getməyərək, şanlı tariximizi İlham Əliyevlə yazacağıq”.

Tədbirdə Ümumrusiya Gənclər İttifaqının, Pakistanın Gənclər üçün Milli Təhsil Şəbəkəsinin, Ukrayna Gənclər Assambleyasının və digər xarici ölkələrdən gələn təşkilat nümayəndələri çıxış ediblər.

Konfransda bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub. /// APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR