“İrəli” İdman Mərkəzi əməkdaşlıqla bağlı memorandum imzalayıb

GƏNCLİK
13:40 07.12.2013
1428

“İrəli” İdman Mərkəzi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsi arasında birillik əməkdaşlıqla bağlı memorandum imzalanıb.

AZXEBER.COM xəbər verir ki, görüşdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmir Zeynalov, “İrəli” İdman Mərkəzinin rəhbəri İsa Muradov, Korporativ sektorla əlaqələr üzrə katib Niyaz Əliyev və “İrəli” İctimai Birliyinin Əmək və Sosial Münasibətlər Akademiyası üzrə koordinatoru Abidin Sarıyev iştirak ediblər.Memorandum Azərbaycanda idman sahəsinin inkişafına töhfə vermək, bu sahədə kadr hazırlığının gücləndirilməsi, gənclərin daha geniş məlumat və biliklərə yiyələnməsi, fan klub olaraq yığmamıza dəstək olmanı təmin etmək üçün atılan addımlardan biridir.Memorandum “İrəli” İdman Mərkəzinin rəhbəri İsa Muradov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmir Zeynalov tərəfindən imzalanıb.Görüşdə qarşılıqlı fəaliyyət nəticəsində artıq bir neçə təkliflər səsləndirilib. Yaxın günlərdə hər iki qurumun birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bir neçə layihələr gənclərə təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR