"İrəli" Natavan Həbibini "Leyli", Elşad Xoseni "Məcnun" etdi (FOTO)

"İrəli" Natavan Həbibini "Leyli", Elşad Xoseni "Məcnun" etdi (FOTO)
ŞOU-BİZNES
19:16 16.11.2011
2937
Dünyada və ölkəmizdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında müzikl layihəsi gerçəkləşdirilir.AZXEBER.COM-un məlumatına görə, dekabrın ortalarında Heydər Əliyev Sarayında premyerası nəzərdə tutulan layihənin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə “İRƏLİ” İctimai Birliyi, Baş Sponsoru isə Bakcell şirkətidir. “Əfsanə geri dönür” şüarı altında gerçəkləşdirilən müziklin məqsədi qədim Azərbaycan motivləri əsasında yazılmış “Leyli və Məcnun” poemasını hip-hop janrı ilə müasir şəkildə yenidən gündəmə gətirməkdir. Musiqili tamaşa Nizami Gəncəvinin eyniadlı poemasına uyğun olaraq “Leyli və Məcnun” adlanır. Minlərlə insanın böyük həyəcanla gözlədiyi tamaşanın rəqslərinə ABŞ-ın Çikaqo ştatından olan istedadlı xoreoqraf Çarlz Laurens quruluş vermişdir. Çarlz Laurens tərəfindən müzikl üçün quruluş veriləcək rəqsləri Azərbaycanın tanınmış ritm ifaçısı, əməkdar artist Natiq Şirinovun ritm qrupu müşayiət edəcəkdir. Bununla yanaşı muasir janrda təqdim ediləcək musiqilərdə Azərbaycanın milli musiqi alətləri olan tar, kamança, balaban, tütək, nağara və uddan istifadə edilir. 2 aydan çoxdur ki, hazırlaqları davam edən tamaşada Leyli obrazını Natavan Həbibi, Məcnun obrazını Elşad Xose, İbn Salamı Elnur Məmmədov, Zeyd obrazını Azad Şabanov, Zeynəb obrazını isə Oksana Rəsulova canlandırır. Rejissorun əlavəsi olan “Şeytan” obrazını tamaşanın musiqi və aranjemanlarının müəllifi MC Murad, “Günəş adamı” obrazını isə Natiq Şirinov canlandıracaqlar. Layihənin müəllifi və rəhbəri Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin aparıcı məsləhətçisi Mirsahib Musayev, layihənin əlaqələndiricisi, “İRƏLİ” İctimai Birliyinin üzvü Niyaz Əliyev, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, tamaşanın quruluşçu rəssamı Rəşad Ələkbərovdur.Bir aya yaxın müddətdə hər birimiz “Əfsanənin geri dönüşü”nün şahidi olacağıq. Tamaşaya olan böyük maraq nəzərə alınaraq təşkilatçılar tərəfindən layihənin facebook və twitter səhifələri də yaradılmışdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır